Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
MÜSTƏQİLLİYƏ APARAN YOL

0










  • 18 Yanvar  2016-cı il
    tarixdə Xocalı rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə Xocalı rayon
    Mədəniyyət evində  “20 Yanvar Faciəsi”nin 26-cı il dönümü ilə əlaqədar
    ümumrayon tədbiri keçirilmişdir. Tədbir ilk olaraq Ulu Öndərin abidəsinin
    ziyarəti  ilə başlanılmışdır. Abidənin önünə ehtiram əlaməti olaraq tər
    gül dəstələri düzülmüşdür.  İlk öncə şəhidlərimiz bir dəqiqəlik sükutla
    yad edildi, daha sonra tədbiri giriş sözü ilə açan rayon İcra hakimiyyəti
    başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiə
    Qarayeva xalqımızın başına  gətirilən müsibətlər barədə tədbir
    iştirakçılarına geniş məlumat veridi. Çıxışında vurğuladı ki, bugünkü
    tədbirimizin əsas məqsədi insanlığa qarşı törədilmiş bu ağır cinayəti bir daha
    xatırlamaq  və yaddaşlara daha dərin həkk etməkdir. Heç bir xalq, heç bir
    millət, heç bir dövlət belə sabahı üçün yaşayacağı hansısa bir bədbəxt
    hadisədən və ya tarixi məğlubiyyətdən sığortalanmır. Azərbaycan xalqı belə.
    Ancaq xalqımızın ən əvəzedilməz xarakteri, xüsusiyyəti ondan ibarətdir ki,
    bütün bu tarixi çətinliklərə baxmayaraq heç bir zaman öz mübarizə əzmini
    itirməmiş və düşmənlərinə qarşı hər zaman qətiyyətlə mübarizə
    aparmışdır.  

          Daha sonra söz Xocalı rayon İcra  hakimiyyətinin başçısı
    Şahmar Usubova verildi. Cənab Başçı çıxışında bildirdi ki, hər bir xalqın
    tarixində həm faciəli məqamlar, həm də qəhrəmanlıq səhifələri olur. Çox nadir
    hallarda bu iki məqam üst-üstə duşur. Azərbaycan xalqı 1990-cı ilin Qanlı
    Yanvarını həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşadı. O müdhiş gecə
    Azərbaycan xalqı sınağa çəkildi. Həm xalqın öz içində yetişdirdiyi
    qəhrəmanlar  üzə çıxdı, həm də ona başçılıq edənlərin kimliyi bəlli oldu.
    Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc
    əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın
    qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu 
    ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş
    etdirdi.  Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və
    respublikanın rayonlarında 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841
    nəfər qanunsuz həbs olunmuş, onlardan 112 nəfəri SSRİ-nin müxtəlif şəhərlərinə
    aparılaraq həbsxanalarda saxlanılmışdı. Hərbi qulluqcular tərəfindən 200 ev və
    mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları dağıdılmış, yandırıcı
    güllələrin törətdiyi yanğınlar nəticəsində külli miqdarda dövlət əmlakı və
    şəxsi əmlak məhv edilmişdir. 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa
    da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra
    bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə
    parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol
    açdılar... 

        Qanlı Yanvar hadisələrinə yalnız 1994-cü ildə  tam siyasi-hüquqi qiymət verildi, faciənin
    günahkarlarının adları açıq şəkildə bəyan edildi. 20 Yanvar faciəsinə dövlət
    səviyyəsində tam  siyasi-hüquqi qiymət verilməsi məsələsi ümummilli lider
    Heydər Əliyevin sayəsində həllini tapmışdır. Onun tövsiyəsi ilə 1994-cu ilin
    fevral ayında Milli Məclisin xüsusi sessiyası keçirilmişdir. Sessiya 1990-cı il
    yanvarın 20-də Sovet Silahlı Qüvvələrinin Bakı şəhərinə və respublikanın bir
    necə rayonuna yeridilməsini, nəticədə haqq və ədalətin müdafiəsi naminə
    küçələrə çıxmış silahsız adamların qəddarcasına qətlə yetirilməsini Azərbaycan
    xalqına qarşı totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət
    kimi qiymətləndirmişdir. Xalq hərəkatını boğmaq üçün 20 Yanvar faciəsini təşkil
    etmiş Sovet İttifaqı Kommunist Partiyası, Sovet dövləti və höküməti
    rəhbərliyinin, o cümlədən şəxsən Mixail Qorbaçovun Azərbaycan xalqına qarşı
    ağır cinayət törətdiyi qeyd olunmuşdur. Eyni zamanda, xalqa qarşı törədilən
    hərbi təcavüzə görə məsuliyyətin o dövrdəki respublika rəhbərliyinin (Əbdurrəhman
    Vəzirov, Ayaz Mütəllibov, Viktor Polyaniçko, Vaqif Hüseynov) üzərinə düşdüyü,
    onların Azərbaycan xalqına xəyanət etdikləri qeyd olunmuşdur.
                Bakının ən yüksək
    nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş
    bir yer var. Bu, 20 Yanvar qurbanlarının və Ermənistanın hərbi təcavüzünə qarşı
    döyüşlərdə həlak olanların dəfn edildiyi Şəhidlər xiyabanıdır. Hər il yanvarın
    20-də minlərlə insan Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş
    Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün buranı
    ziyarət edir. 20 Yanvar faciəsi, eyni zamanda həm ümumxalq faciəsi, həm də
    müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq
    hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub. Ümummilli lider
    Heydər Əliyevin söylədiyi kimi, bu təcavüz xalqımızı mənəvi cəhətdən cox
    sarsıtsa da, itkilərə məruz qoysa da, onun mənliyini tapdalaya bilmədi,
    qürurunu sındıra bilmədi, qəhrəmanlıq salnaməsinə yeni bir səhifə kimi yazıldı.
    Tariximizin bu səhifəsi imperiya güllələrinin səsindən açılsa da,
    şəhidlərimizin qanı ilə yazıldı.           Həm də əbədi olaraq!
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi8 il öncə
    İzlənib44 dəfə
    MÜSTƏQİLLİYƏ APARAN YOL

    Maraqlı gələ bilər